Dünya futbolu

Şenol Günəş millimizin üzvlərini ardıcıl iki oyunda meydana buraxdı

Millimizdə oynamış futbolçular – Hüseyn Seylığlı və Ege Atlam Türkiyənin “Beşiktaş” klubunun əsas heyətində ardıcıl iki oyun meydana çıxıblar.

Təlim-məşq toplanışını Antalyada davam etdirən “Beşiktaş” klubu Hollandiyanın “Helmond Sport” və Türkiyənin “Afyonspor” komandası ilə yoxlama oyunu keçirib. İstanbul təmsilçisinin baş məşqçisi Şenol Günəş millimizdə də çıxş etmiş Hüseyn Seylığlı və Ege Atlama da şans verib.

Seylığı hər iki oyunda da start heyətdə oynasa da, Ege Atlam oyunlarda fasilədən sonra meydana çıxıb.

Qeyd edək ki, Seylığlı ötən ilədək 21 yaşadək millimizdə çıxış edibsə, Ege Atlam sonuncu dəfə 19 yaşadək millimizə iki il əvvəl çağırılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43