Ölkə futbolu

“Şerif”in baş məşqçisi “Qəbələ”yə qarşı olan oyundan danışıb

“Evdə yalnız qələbə qazanmaq niyyətindəyik”

“Şerif”in U-19 komandasının baş məşqçisi Luka Pavloviç klubun rəsmi saytına açıqlama edib. O, UEFA Gənclər Liqasında Çempionlar yolunun I mərhələsində “Qəbələ” ilə keçirəcəkləri cavab oyunu haqda danışıb:

“Onu deyə bilərəm ki, şanslar bərabərdir. İlk oyundakı nəticəyə ehtiyacımız yoxdur. Evdə yalnız qələbə qazanmaq niyyətindəyik. Oyuna kifayət qədər yaxşı hazırlaşmışıq. Bu cür oyunlarda psixoloji olaraq hazırlanmaq çox vacibdir”.

Qeyd edək ki, sabah keçiriləcək “Şerif” – “Qəbələ” oyunu Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Komandalar arasında Qəbələdəkı matçda qalib müəyyənləşməmişdi – 1:1.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43