30 İyun 2026
Ölkə futbolu

Sərxan Hacıyevə beynəlxalq təyinat

AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev UEFA tərəfindən yeni təyinat alıb.

İdmanxeber.com-un məlumatına görə,  Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində iyulun 26-da, Borisov şəhərindəki eyniadlı stadionda keçiriləcək BATE (Belarus) – “Dundalk” (İrlandiya) oyununun UEFA nümayəndəsi Sərxan Hacıyev olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43