Dünya futbolu

“Sevilya” baş məşqçisi ilə yollar ayırdı – Fatih Terim gəlir?

Çempionlar Liqasının üçüncü turunda “Borussiya”ya (Dortmund) 1:4 hesabı ilə uduzan “Sevilya” baş məşqçisi Xulen Lopeteqini istefaya yollayıb.

İdmanxeber.az-ın məlumatına görə, qrupda cəmi 1 xal qazanan İspaniya təmsilçisi ötəngünkü oyundan dərhal sonra onunla yolları ayırıb.

O, 2019-cu ilin yayında “Sevilya”ya baş məşqçi təyin edilmişdi.

Əndəlusiya təmsilçisinin Fatih Terimlə anlaşdığı bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43