Ölkə futbolu

Şeydayev yenidən “Trabzonspor”un düşərgəsində

Millimizin hücumçusu məşqlərə başlayıb.

İdmanxeber.az-ın məlumatına görə, Ramil Şeydayev iki günlük aradan sonra yenidən “Trabzonspor”la məşqlərə başlayıb. Onun komandada qalacağı hələlik bəlli olmasa da, Qara dəniz təmsilçisinin ilk turda oynayacağı “Başakşəhər” qarşılaşmasının hazırlıqlarında iştirak edib. 

Qeyd edək ki, Avstriyanın “Mattersburq” klubu ötən günlərdə Şeydayevi icarəyə götürmək üçün “Trabzonspor”a müraciət etmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43