Kateqoriyasız

SON DƏQİQƏ Muarem Muarem rəsmən “Əskişəhərspor”da

“Qarabağ”dan ayrılan Muarem Muaremin yeni komandası bəlli olub.

İdmanxeber.com-un məlumatına görə, 26 yaşlı makedon futbolçu gözlənildiyi kimi “Əskişəhərspor”a transfer olub.

Futbolçu yeni klubu ilə 3 illik müqavilə imzalayıb.

Təqdimetmə mərasimində çıxış edən Muarem bunları söyləyib:

“Əskişəhərspor”da önəmli uğurlar qazanmaq istəyirəm. Qış fasiləsindən bəri komandanın bütün oyunlarını izləyirəm və buraya gəldiyim üçün xoşbəxtəm”.

Qeyd edək ki, Muarem Muarem “Qarabağ”dan öncə “Teteks”, “Orduspor” və “Rabotniçki” klublarında çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43