Kateqoriyasız

“Sumqayıt”da daha bir müqavilə

Yay fasiləsinin fəallarından olan “Sumqayıt” daha bir aparıcı futbolçusunu komandada saxlayıb. 

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən məlumatına görə, “gənclik şəhəri” təmsilçisi Bəxtiyar Həsənalızadəni də komandada saxlamağa müvəffəq olub.

23 yaşlı mərkəz müdafiəçisi klubla yeni müqavilə imzalayıb. Anlaşmaya əsasən, Bəxtiyar qarşıdakı mövsümü də “Sumqayıt”da keçirəcək.

Digər müdafiəçi Nodar Məmmədovun da qalmasını istəyən klub rəhbərliyi yığmamızın sabiq üzvünə yeni müqavilə təklif edib və onun cavabını gözləyir.

Qeyd edək ki, yay fasiləsində Vurğun Hüseynov, Murad Ağayev və Şahruddin Məhəmmədəliyevlə yeni müqavilə bağlayan “Sumqayıt” hələlik Məhəmməd Alıyev, Ağabala Ramazanov və Nuran Qurbanovu transfer edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43