Kateqoriyasız

Tuyqun Nadirov Yunis Hüseynovun təyinatından danışdı

Bu gün baş tutan AFFA Klublar Komitəsinin iclasından sonra “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov jurnalistlərin suallarını cavablandırıb.

İdmanxeber.com-un məlumatına görə, Elbrus Məmmədovun yeriə Yunis Hüseynovun gətirilməsinə münasibət bildirən Nadirov bunları deyib:

Yunis Hüseynov idman direktoru vəzifəsində çalışanda işi az deyildi. Bildiyiniz kimi, mövsümün ikinci yarısında gənclərə şans verdik ki, onların hazır olub-olmadığını bilək. Bu məqsədlə Elburus Məmmədovu dəvət etmişdik. İndi isə komanda Yunis bəyə tapşırıldı. Rəhbərlik də komandanın gücləndirilməsi üçün ona dəstək olacaq. Qarşıdakı mövsümdə hədəfimiz çempion olub, avrokuboklara vəsiqə qazanmaqdı”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43