06 İyun 2026
Ölkə futbolu

SON DƏQİQƏ! Azərbaycan kubokunun finalının vaxtı dəyişdirilir! – EKSKLÜZİV

Azərbaycan kubokunun finalının vaxtı dəyişdirilə bilər.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, buna səbəb Bakıda keçiriləcək Minifutbol üzrə dünya çempionatıdır. Ölkəmizdə təşkil ediləcək turnirin finalı iyunun 1-də baş tutacaq.

Bu, futbol üzrə Azərbaycan kubokunun həlledici görüşü ilə eyni vaxta təsadüf edir. 

Federasiyalar arasında gedən danışıqlarda bu məsələ artıq müzakirə edilib. Böyük ehtimalla Peşəkar Futbol Liqası ölkə kubokunun final matçının vaxtını dəyişdirəcək.

Xatırladaq ki, Azərbaycan kubokunun finalı Sumqayıtda baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43