07 İyul 2026
Ölkə futbolu

“Sumqayıt” hücumçu transfer etdi – RƏSMİ

2023/24 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.

İdmanxeber.az xəbər verir ki, “kimyaçılar” son mövsümü “Şamaxı”da keçirmiş hücumçu Kamran Quliyevlə 3 illik müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Qəbələ” klubunun yetirməsi olan Kamran Quliyev karyerası ərzində Litvanın “Yonava”, “Sabah” və “Şamaxı” klublarının uğurları üçün çalışıb. Ötən mövsüm Premyer Liqada 33 oyunda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalan 23 yaşlı hücumçu Azərbaycanın U-17, U-19 və U-21 yığmalarına da dəvət alıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43