“Sumqayıt” klubu iki futbolçusu ilə yollarını ayırıb
İdmanxeber.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi bu dəfə də yerli futbolçularla vidalaşıb. Bunlar yarımmüdafiəçilər Rüfət Abdullazadə və Süleyman Əhmədovdur. Sonuncu oyunçu sosial şəbəkə vasitəsilə də klubla vidalaşıb.
Qeyd edək ki, bunadək “Sumqayıt”ın qapıçısı Aydın Bayramov “Turan Tovuz”la anlaşıb.

