11 İyul 2026
Dünya futbolu

“Liverpul” dünya çempionunu transfer etdi

“Brayton”un yarımmüdafiəçisi Aleksis Makallister klubdan ayrılıb.

İdmanxeber.az-ın məlumatına görə, oyunçu yeni mövsümdən “Liverpul”da çıxış edəcək. Artıq tərəflər arasında razılığın əldə olunduğu bildirilir. 

“Qırmızılar” 60 milyon funt sterlinq qarşılığında futbolçuyla 2028-c i ilə qədər yeni müqavilə bağlayıb. O, 48 saat ərzində tibbi müayinədən keçəcək.

2022/23 mövsümündə Makallister bütün yarışlarda “Brayton” üçün 40 oyuna çıxıb, 12 qol vurub və 3 məhsuldar ötürmə verib. Argentina millisinin tərkibində yarımmüdafiəçi 2022-ci il dünya çempionu olub. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43