“Real”ın yarımmüdafiəçisi Marko Asensio tezliklə PSJ ilə müqavilə imzalayacaq.
İdmanxeber.az-ın məlumatına görə, 27 yaşlı ispaniyalı bu gün Parisə gələcək və orada klubu ilə sözləşmə imzalayacaq. Yarımmüdafiəçinin “Real”la müqaviləsi yayda başa çatıb.
Bu mövsüm Asensio bütün turnirlərdə 51 oyuna çıxıb, 12 qol vurub və 8 məhsuldar ötürmə edib.

