Dortmund “Borussiya”sı “Bavariya”nın müdafiəçisi Benjamin Pavardla maraqlanır.
İdmanxeber.az-ın məlumatına görə, “Borussiya” artıq futbolçu ilə razılaşıb və hazırda Münhen klubu ilə danışıqlara davam edir. Daha əvvəl futbolçu ilə “Barselona”, “Mançester Yunayted” və “İnter”in maraqlandığı bildirilirdi.
Bu mövsüm Pavard komandanın heyətində Bundesliqada 30 oyuna çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

