Serxio Buskets karyerasını Avropada davam etdirmək fikrində deyil.
İdmanxeber.az-ın məlumatına görə, “Barselona”dan ayrılan oyunçu bir neçə təklifinin olduğunu açıqlayıb. O, hələlik yekun qərarını vermədiyini bildirib:
“Düzünü desəm, hələ heç nə planlaşdırmamışam. Mənim üç-dörd variantım var, amma heç nə qərar verilməyib. Avropanın hansısa klubunda çıxış etmək niyyətim yoxdu.
Hər hansı bir ciddi matçda “Barselona”ya qarşı oynamaq istəmirəm. Mən daha sakit həyat yaşamaq istəyirəm”.

