Kateqoriyasız

“Sumqayıt” loqosunu dəyişdi – FOTO

2019/2020 mövsümündən etibarən “Sumqayıt” Futbol Klubu yeni loqo altında çıxış edəcək.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, yeni emblemin üzərində yerləşən “Göyərçin” Sumqayıt şəhərinin rəmzi və sülhü təmsil edir. Aşağı hissədə yerləşən “Sünbül” isə bolluq, bərəkət simvoludur.

Sünbül Azərbaycan Respublikasının Dövlət gerbində də təsvir olunub.

No photo description available.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43