05 İyun 2026
Ölkə futbolu

“Sumqayıt” Premyer Liqada 10-cu dəfə böyükhesablı qalibiyyət əldə etdi

“Sumqayıt” Azərbaycan Premyer Liqası tarixində 10-cu dəfə böyükhesablı qələbə qazanıb.

İdmanxeber.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, XXVI turda “Kəpəz”lə üv oyununa təsadüf edib.

Vaqif Cavadovun baş məşqçisi olduğu komanda 3:0 hesabı ilə qalib gəlib. “Gənclik şəhəri” təmsilçisi cari mövsüm çempionatda ilk dəfə böyükhesablı qalibiyyətə sevinib.

10 qələbədən 6-sı evdə, 4-ü səfərdə qeydə alınıb. “Sumqayıt” sonuncu böyükhesablı qələbəsini 2024-cü il aprelin 19-da qazanmışdı. Komanda səfərdə “Turan Tovuz”u 4:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, bu, həm də Cavadovun baş məşqçi kimi Premyer Liqada ilk böyükhesablı qələbəsi olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43