Ölkə futbolu

“Sumqayıt”ın hücumçusu klubu tərk edir

“Sumqayıt”ın hücumnçusu Vüsal İsgəndərli mövsüm sonu komandadan ayrılacaq.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, 28 yaşlı futbolçuya bir neçə komandadan təklif var. Türkiyə klublarının diqqət mərkəzində olan İsgəndərli iki turdan sonra təklifləri dəyərləndirəcək.

Qardaş ölkənin I liqa təmsilçiləri ilə yanaşı, başqa klublardan da təklif alan hücumçunun “kimyaçılar”dan ayrılacağı dəqiqdir.

28 yaşlı hücumçu karyerasını hansı klubda davam etdirəcəyinə qərar verməsə də, növbəti mövsüm “Sumqayıt”da olmayacaq.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43