“Roma”nın baş məşqçisi Joze Mourinyo PSJ-nin onunla maraqlanması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
İdmanxeber.az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis iddialar barədə bunları deyib:
“İndi bu barədə danışmaq istəmirəm. Qarşıda bizi vacib oyun gözləyir, yalnız bu haqda düşünürəm. Hazırda hədəfimiz finala yüksəlməkdir”.
Bu gün “Roma” Avropa Liqasının yarımfinalında “Bayer”lə cavab oyunu keçirəcək. İlk oyunda romalılar 1:0 hesabı ilə qalib gəliblər.

