Ölkə futbolu

“Sumqayıt”ın Türkiyə toplanışının müddəti məlum oldu

“Sumqayıt” Azərbaycan Premyer Liqasının 2017/18 mövsümü üçün hazırlıq prosesinin ikinci mərhələsini ölkə xaricində keçirəcək.

İdmanxeber.com-un məlumatına görə, komanda baş məşqçi Samir Abasovun rəhbərliyi altında iyulun 15-dən 29-dək Türkiyənin Bolu bölgəsində hazırlaşacaq. “Sumqayıt” Türkiyədə 4 yoxlama matçı keçirməyi planlaşdırır. Rəqiblər barəsində klubun rəsmi saytında açıqlama veriləcək.

Komanda Bolunun “VON Resort” hotelində məskunlaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43