“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl Azərbaycan Premyer Liqasının 31-ci turu çərçivəsində “Neftçi” üzərində qazandıqları qələbəni şərh edib.
İdmanxeber.com-un məlumatına görə, Ağdma klubunun rəsmisi matçdan sonra bunları deyib:
“Biz yenidən göstərdik ki, ölkənin ən yaxşı futbol sərgiləyən komandasıyıq. Hələ bizi çempion elan etmək çox tezdir. Buna hələ var. “Qəbələ” ilə səfər matçına gedib-getməyəcəyimi bilmirəm. Amma bir şeyi dəqiq bilirəm ki, orada baş tutacaq kubokun finalına gedəcəyəm”.

