Kateqoriyasız

Taleh Nəsibov: “Fəxr və qürur hissi keçiririk”

Azərbaycan Mini-Futbol Federasiyasının sədr müavini Taleh Nəsibov hava limanında jurnalistlərə açıqlama verib.

İdmanxeber.az xəbər verir ki, Nəsibov çempionluq yaşayan milli komanda barədə bunları deyib:

“Hisslərimiz sözlə ifadə oluna bilməz. Fəxr və qürur hissi keçiririk. Çünki bayrağımızı yüksəklərə qaldırmışıq, Avropa çempionu olmuşuq. Finalda qitənin 6 qat çempionunu məğlub etmişik. Bundan gözəl sevinc hissi ola bilməz. İnsan gərək həmin hissləri yaşasın yoxsa, sözlə ifadə etmək çətindi. Azərbaycan xalqı üçün bunu yaşatdıq. Düşünürəm ki, davamı gələcək. Federasiyamızın təsis olunmasının əsas təşəbbüskarı “Zirə”nin fəxri prezidenti Orxan Məmmədovdu. Onun ideyası ilə yaradılıb federasiya və onun qoyduğu məqsədə doğru getdik, düzgün iş prinsipi ilə irəlilədik. Azərbaycanlı futbolçulardan ibarət, milli ruhda olan komanda yaratdıq. Nəticədə də Avropa çempionu olduq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43