Ölkə futbolu

Tarık Elyunussi: “Azərbaycanın ən güclü komandasına gəldiyim üçün xoşbəxtəm”

Bu gün “Qarabağ”ın yeni transferi Tarik Elyunussi Azərbaycana gələrək komandaya qoşulub.
İdmanxeber.com-un məlumatına görə, norveçli yarımmüdafiəçi  klubun rəsmi saytına açıqlamasında “Qarabağ”a keçidi haqda fikirlərini bildirib:

“Azərbaycanın ən güclü komandasına gəldiyim üçün xoşbəxtəm. Bu komandadan təklif gələndə təəccüblənmədim. Hətta “Qarabağ” “Rusenborq”u məğlub etdiyi vaxtdan yadımda qalmışdı. “Qarabağ”ın gücü bəllidir, bu mövsüm Azərbaycan futbol tarixində ilk dəfə Çempionlar Liqasında mübarizə aparacaq. Güclü qrupda yer almışıq. Amma buna baxmayaraq, əlimizdən gələni edəcəyik ki, “Qarabağ”ı layiqincə təmsil edək. Buna inanıram”.
 
Mərakeş əsilli futbolçu Ağdam klubunun yarımmüdafiə xəttində güclü rəqabət olacağını qeyd edib: “Komandanın son günlərdə hücumameyilli futbolçular transfer etdiyini bilirəm. Bu rəqabət ancaq komandanın xeyrinə olacaq, keyfiyyətin artmasına kömək edəcək. Mən də “Qarabağ”ın uğur qazanmasını üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacam”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43