Dünyadan İdman

Tarixi cavab: “Heç vaxt Tanrıya “niyə mən?” sualını vermədim”

Əfsanəvi tennisçi Artur Eş 1983-cü ildə keçiridiyi ürək əməliyatı sırasında QİÇS (AİDS) xəstəliyinə yoluxur. Bu xəstəlikdən 50 yaşında vəfat edən idmançı qazandığı nəticələrlə hələ də adından söz etdirməyi bacarıb.

O, Uimbldon, Amerika və Avstraliya Açıq tennis çempionatını qazanan tək qaradərili idmançıdır. Artur eyni zamanda Fransa Açıq tennis çempionatında qalib gələn iki qaradərili idmançıdan da biridir.

Əfsanəvi tennisçi uğurları ilə yanaşı, azarkeşlərlə söhbəti zamanı ona ünvanlanan suala vediyi cavabla da hafizələrdən silinməyib.

Belə ki, yoluxduğu ağır xəstəlikdən sonra tərəfdarlardan biri ona “Artur, niyə Tanrı belə bir ağır xəstəlik üçün səni seçdi? Niyə sən?” sualını ünvanlayır. Eşenin bu suala cavabı möhtəşəm olur. O, azarkeşin gözlənilməz sualını belə cavablandırır:

“50 milyon uşaq tennislə məşğul olmağa başladı. 5 milyonu bunu oynamağı öyrəndi. Onlardan 500 mini peşəkar tennisçi oldu, 50 mini mükafat qazanmağa yaxın idi. Aralarından 5 mini “Grand Slam” turnirinə qatıldı, 50-si isə Uimbldonda iştirak etdi.

Cəmi 4 idmançı yarımfinala vəsiqə qazandı və ikisi finala çıxdı. Finalı qazanıb, kuboku əlimə alan mən heç vaxt Tanrıya “Niyə mən?” sualını vermədim. İndi acı çəkirəm deyə, bu sualı ona necə verə bilərəm ki, “niyə mən?”.

Artur Eş 1993-cü il fevralın 6-da Nyu Yorkdakı xəstəxanaların birində vəfat edib. Onun cənazəsinə 6 min insan qatılıb.

İdmanxeber.az

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43