08 İyul 2026
Kateqoriyasız

“Tour d’Azerbaïdjan-2015″də 3-cü mərhələ başladı

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d’Azerbaïdjan-2015” beynəlxalq veloyürüşündə 3-cü mərhələ başlayıb.

İdmanxeber.com-un məlumatına görə, iştirakçılar saat 09:30-da Qəbələ rayon İcra Hakimiyyətinin qarşısından start götürərək Oğuz – Şəki – Oğuz – Qəbələ marşrutu üzrə hərəkət edəcəklər. Ümumi uzunluğu 177 km olan mərhələnin saat 13:45-də başa çatması gözlənilir.

Veloyürüşünün 3-cü mərhələsi saat 12.30-dan etibarən “İdman Azərbaycan” və “Eurosport-2” kanalları vasitəsilə canlı yayımlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43