Ölkə futbolu

Tovuzda baş məşqçi ilə futbolçu arasında gərginlik

Misli Premyer Liqasının 33-cü turunda “Turan Tovuz” evdə “Neftçi”ni qəbul edir.

İdmanxeber.az-ın məlumatına görə, ilk hissəsi davam edən matçda gərginlik yaşanıb. Belə ki, Tovuz klubunun ehtiyat skamyasın önündə baş hakim “ağ-qaralar”ın lehinə qayda pozuntusu qeydə alıb.

Bunun ardından “Neftçi”nin üzvü Solomon Kverkeliya ilə Ayxan Abbasov arasında sözlü atışma olub. Tərəflər Emin Mahmudov və baş hakim Kamal Umudlunun araya girməsindən sonra sakitləşib.

Matçda  “Turan Tovuz” 2:0 öndədir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43