Ölkə futbolu

“Turan Tovuz” legionerini itirdi

“Neftçi” ilə oyunda “Turan Tovuz”un futbolçusu zədələnib.

İdmanxeber.az-ın məlumatına görə, Roderik Miller rəqibi ilə girdiyi ikili mübarizənin ardından sıradan çıxıb. Onun yerinə meydana Sadiq Quliyev daxil olub.

Tovuz klubu görüşdə 3:0 hesabı ilə öndədir. Ev sahibi komandanın qollarından birini Miller vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43