Ölkə futbolu

Tsxadadze: “Hər kəs özünü fikirləşməlidir“

“Hər şey göz qabağında idi. Layiq olan komanda qalib gəldi. Rəqib həm yaxşı oynadı, həm də xarakter göstərdi. “Zirə” hazırda yüksəliş dövründədir. Belə komanda yaratdığı üçün Rəşad Sadıqovu təbrik edirəm. Öz vəziyyətimizə isə təəssüflənirəm”.

İdmanxeber.az məlumat verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze ölkə kubokunun yarımfinal mərhələsinin “Zirə” ilə cavab matçından sonra keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını cavablandırıb.

– Premyer Liqanı tərk etmisiniz, bu gün kubok da əldən getdi. Necə düşünürsünüz, Premyer Liqadan düşməyi ləğv etmək olar?

– Deyiləcək sözüm yoxdur. Bu, mənim səlahiyyətlərimə daxil deyil. Mənim öz işim var. Belə durumda olmağımız əzabvericidir. Amma fakt faktlığında qalır. Görək nə baş verir.

– Qalan 5 oyunun hamısında qələbə qazanıb rəqibinizin isə bütün matçlarda məğlub olacağına inanırsınız?

– “Kəpəz”in baş məşqçisi düzgün qeyd edib ki, hər kəs özünü fikirləşməlidir. Mən də o fikirdəyəm.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43