08 İyul 2026
Ölkə futbolu

“Turan Tovuz” azərbaycanlı futbolçunu gündəminə aldı

“Neftçi”dən ayrılan Höccət Haqverdi karyerasını Azərbaycanda davam etdirə bilər.

İdmanxeber.az-a verilən məlumata görə, futbolçu “Turan Tovuz”un gündəmindədir. Tovuz təmsilçisi müdafiəçini heyətinə qatmaqda maraqlıdır.

Baş məşqçi Kurban Berdiyevin bu mövqeyə oyunçu tələb etməsi rəhbərliyi hərəkətə keçirib. Tovuz klubu H.Haqverdinin yerli statusunda olmasını əlavə üstünlük hesab edir.

Xatırladaq ki, 32 yaşlı müdafiəçi 2023-cü ildən “Neftçi”də çıxış edir. O, ötən mövsüm “ağ-qaralar”ın heyətində bütün turnirlərdə 30 oyun keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43