Misli Premyer Liqasının XXVIII turunda “Turan Tovuz” evdə “Suqmayıt”la üz-üzə gələcək.
İdmanxeber.az-a verilən məlumata görə, Tovuz klubu sözügedən matça itki ilə hazırlaşır. “Turan Tovuz”un müdafiəçisi Tərlan Quliyev xəstə olduğu üçün komanda ilə məşqlərdə iştirak etmir.
Onun “Sumqayıt”a qarşı oynayıb-oynamayacağı matç günü bəlli olacaq.
Qarşılaşma martın 31-də saat 15:30-da start götürəcək.
İdmanxeber.az

