04 İyul 2026
Ölkə futbolu

“Turan Tovuz” “Traktor”la üz-üzə gələcək

Yeni mövsümün hazırlığını Türkiyədə davam etdirən “Turan Tovuz”un təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərindən biri məlum olub.

İdmanxeber.az xəbər verir ki, Kurban Berdiyevin rəhbərlik etdiyi kollektiv İran Pro Liqasının son çempionu “Traktor”la qarşılaşacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qarşılaşma iyulun 29-da baş tutacaq.

Təbriz təmsilçisi ilə baş tutacaq oyunun başlama saatı və məkanı haqda əlavə məlumat veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43