Ölkə futbolu

Turun oyunçusu – Şəhriyar Əliyev

“İnStat”ın təhlilinə əsasən Topaz Premyer Liqasında IX turun ən yaxşı futbolçusu məlum olub.

İdmanxeber.az-ın PFL-in rəsmi saytına istinadən yaydığı xəbərə görə, bu, “Sumqayıt”ın futbolçusu Şəhriyar Əliyevdir. “Qəbələ”yə qarşı keçirilən oyunda müdafiəçi dubla imza atıb. Araşdırmalara əsasən, Ş. Əliyev turun ən yüksək indeksə malik olan futbolçusudur.

Qeyd edək ki, “Sumqayıt” – “Qəbələ” oyunu 2:2 hesabı ilə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43