Dünya futbolu

La Liqanın prezidenti: “PSJ Avrokuboklardan uzaqlaşdırılmalıdır”

La Liqanın prezidenti Xavyer Tebas Fransa mətbuatına müsahibə verib. O, PSJ və “Siti” klublarını Avropa futbolunda böyük maliyyə problemləri yartdıqlarını bildirib:

“PSJ futbol bazarında ciddi problemlər yaşadır. Digər komandalar onlarla yarışmaq üçün çox çətinliklər yaşayırlar. Onların xərclədiyi vəsaitlər həddin artıq çoxdur. Hər şey UEFA-nın qaydaları çərçivəsində olmalıdır. Əgər bunlar o qaydalara əməl etmirlərsə, Avrokuboklardan kənarlaşdırılmalıdır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43