Azərbaycan Premyer Liqasında IV tur başa çatdı.
İdmanxeber.com-un məlumatına görə, bu gün başa çatan matçlardan sonra turun azarkeş sayı da məlum olub.
Turda ən çox azarkeş Gəncədə qeydə alınıb. Gəncə şəhər stadionunda keçirilən “Kəpəz” – AZAL matçını (2:0) 10 min tamaşaçı izləyib.
Turun antirekordu isə Masazırda qeydə alınıb. “Əlincə Arena”da keçirilən “Qarabağ” – AZAL qarşılaşmasını (6:0) cəmi 500 tamaşaçı izləyib.
Elə həmin arenada bir gün sonra keçirilən “Neftçi” – “Qəbələ” (0:8) oyununda 1500, Sumqayıtda baş tutan “Sumqayıt” – “İnter” matçında isə 1350 azarkeş qeydə alınıb.
Ümumilikdə, turun 4 oyununu 13350 tamaşaçı izləyib ki, bu da, hər oyuna orta hesabla 3337 azarkeş deməkdi.
“Kəpəz” – “Zirə” – 10000 tamaşaçı
“Neftçi” – “Qəbələ” – 1500 tamaşaçı
“Sumqayıt” – “İnter” – 1350 tamaşaçı
“Qarabağ” – AZAL – 500 tamaşaçı

