28 İyul 2026
İdman

UEFA Əliyar Ağayevi birinci kateqoriyaya daxil etdi

UEFA 2018/2019-cü il mövsümünün birinci yarısı üçün hakimlərin yeni kateqoriyalarını açıqlayıb. 

İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, buna qədər ikinci kateqoriyada yer alan FIFA referisi Əliyar Ağayev birinci kateqoriyaya daxil edilib.

Qeyd edək ki, Ə. Ağayev birinci kateqoriyaya daxil edilən ilk azərbaycanlı hakimdir.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43