25 İyun 2026
Dünya futbolu

UEFA Çempionlar Liqasına yeni qaydalar gətirə bilər

UEFA Çempionlar Liqasının yeni formatında bir sıra dəyişiklikləri nəzərdən keçirir.

İdmanxeber.az-ın məlumatına görə, UEFA pley-off matçlarında əlavə vaxtı ləğv edə bilər. Bundan əlavə, ümumi mərhələnin sonunda ən yaxşı səkkiz kluba pley-off mərhələsinin cavab oyunlarını öz meydanında keçirmək hüququ verilə bilər.

Xatırladaq ki, 2024/25 mövsümündən Çempionlar Liqası qrup mərhələsi kimi yox, Liqa mərhələsi şəklində keçirilir. Burada hər komanda 8 oyun keçirir, nəticədə turnir cədvəlinin ilk səkkizliyi birbaşa turnirin 1/8 finalına çıxır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43