UEFA Konfrans Liqası III təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan “Beşiktaş”ın cəzalandırıldığı bildirilir.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə türkiyəli jurnalist Fatih Doğan sosial şəbəkə hesabından paylaşım edib. O bildirib ki, “qara qartal”ın KL-in II təsnifat mərhələsinin cavab oyunu “Tirana”ya qarşı görüşdə baş verənlərə hüquqi qiymət verilib.
UEFA sözügüdən matçda yaşananlar üçün “Beşiktaş”a 40 min avro pul cəzası və ev oyunlarda bir neçə tribunanın azarkeşlərə qapıdılmasına qərar verib.
Bununla yanaşı, “Tirana” ilə oyunda qırımızı vərəqə alan Artur Masuakunun 2 oyunluq gözlənən cəzası birə endirilib.
“Neftçi – “Beşiktaş” matçı avqustun 10-da Bakıda, cavab görüşü isə 17-də İstanbulda keçiriləcək.

