Dünyadan

UEFA Gürcüstana barmaq silkələdi: Azərbaycanlı azarkeşlərin nəzərinə!

Tbilisidə keçiriləcək UEFA Superkuboku tarixə mənfi məqamla düşəcək. 

İdmanxeber.com-un məlumatına görə, buna səbəb Gürcüstanın sözügedən matç üçün onlayn bilet satışını təşkil edə bilməməsidi. Bu barədə məlumatı Gürcüstan Futbol Federasiyasının prezidenti Zviad Sçinava verib:

“İşi peşəkar səviyyədə görmək lazımdı. Altı illik təcrübə yetərli olmadı. UEFA bizə barmaq silkələyəcək. Belə problemin yaranması heç də yaxşı hal deyil.

UEFA heç vaxt belə səviyyəli oyunların biletlərini kassalarda satmayıb. Buna görə biz mütləq tarixə düşəcəyik. Bütün günü UEFA ilə əlaqə saxladıq. Sonda qərar qəbul olundu ki, sayt bu prosesdə iştirak etməyəcək. Biletlərin nə vaxt hazırlanacağı və satışa çıxarılacağı ilə bağlı müzakirə aparacağıq”.

Superkubok oyununa bilet satışını onlayn həyata keçirməli olan sayt yükləməyə davam gətirməyərək, fəaliyyətini dayandırmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43