Kateqoriyasız

UEFA “Qarabağ” necə sevindirdi? (SİYAHI)

UEFA tərəfindən Azərbaycan klublarına ötən il ayrılıan maliyyə vəsaitinin məbləği açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, qurumun ötən il üçün hazırlanan hesabatında qeyd olunub ki, klubların Çempionlar Liqası və Avropa Liqasındakı çıxışı ilə əlaqədar və digər layihələrə görə UEFA tərəfindən ayrılan maliyyə vəsaitləri AFFA-nın hesabına və müvafiq olaraq AFFA tərəfindən klubların hesabına köçürülüb.

Təbii ki, ötən il Azərbaycan çempionu olaraq ÇL-ə vəsiqə qazanan və AL-də qrup mərhələsində çıxış edən “Qarabağ” ən çox vəsait alan klubdu. Ağdam təmsilçisi 4 milyon 888 min 980 manat qazanıb.

“Neftçi” və “Qəbələ” Avropa Liqasında, “Rəvan” UEFA Gənclər Liqasında çıxışına görə pul alıb.

Ümumilikdə siyahı aşağıdakı kimidi:

1. Qarabağ – 4.888.980 manat

2. Qəbələ – 3.639.975 manat

3. Neftçi – 293.854 manat

4. Rəvan – 29.853 manat

Cəmi: 8.852.662 manat


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43