Ölkə futbolu

“Xəzər Lənkəran”dan ayrılıb “Neftçi”yə keçdi (RƏSMİ)

“Neftçi” fiziki hazırlıq üzrə məşqçi Covanni Melkiorre ilə müqavilə imzalayıb.

İdmanxeber.com-un klubun rəsmi saytına istinaən yaydığı xəbərə görə, anlaşmaya əsasən, italiyalı mütəxəssis mövsümün sonunadək “ağ-qaralar”ın fiziki hazırlıq üzrə məşqçisi olacaq.

Qeyd edək ki, 2009-2010-cu illərdə “Neftçi”də çalışmış Covanni Melkiorre Türkiyənin “Qalatasaray”, Rumıniyanın “Astra”, “Petrolul” və ÇFR, eləcə də “Xəzər Lənkəran” klublarında da işləyib.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43