08 İyul 2026
Kateqoriyasız

UEFA rəsmisindən Bakıya yüksək qiymət

Mayın 5-dən 21-dək Bakıda keçirilən UEFA U-17 Avropa çempionatı barədə turnirin təşkilati prosesində iştirak edən milli komandalar üzrə turnirlərin rəhbəri Lens Kelli yarış barədə fikirlərini bildirib.

İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, o, təşkilatçılığı yüksək qiymətləndirib:

“Turnirdə iştirak edən bütün komandalar Bakıda gördükləri yüksək səviyyəli idman infrastrukturunu, oteldəki şəraiti, qonaqpərvərliyi yüksək qiymətləndirdilər. 13 illik fasilədən sonra Portuqaliya yığması baxımlı oyun nümayiş etdirərək Avropa çempionatının qalibi oldu”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43