06 İyun 2026
Ölkə futbolu

UEFA reytinqində Azərbaycanın xalı artdı

Avrokubokların 3-cü təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA ölkə reytinqi yenilənib.

İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ”ın “Şkendiya” üzərində 5:1 hesablı qələbəsi Azərbaycan reytinqinə 0,250 xal qazandırıb.

Cari mövsümdə toplanan xal 2,125-ə, ümumi xal isə 19,250-yə çatıb. Azərbaycan hazırda 28-ci pillədə qərarlaşıb.

Yaxın izləyicimiz Rusiya 18,299, bir pillə öndəki Ukrayna isə 19,600 xala malikdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43