Dünyadan

Ulduz futbolçu La Liqa klubunu seçdi

Hollandiyalı yarımmüdafiəçi Rafael van der Vart karyerasını İspaniya La Liqasında davam etdirəcək.

İdmanxeber.com-un məlumatına görə, bu mövsüm La Liqaya vəsiqə qazanan “Betis” klubu ulduz futbolçunu heyətinə qatıb.

“Hamburq”la müqaviləsi başa çatan futbolçu azad agent kimi “Betis”ə keçib.

Qeyd edək ki, 32 yaşlı futbolçu 2012-ci ildən Almaniya təmsilçisində çıxış edirdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43