Dünya futbolu

Ulduz futbolçu “Qarabağ”la oyunda oynayacaq?

UEFA Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində sabah “Qarabağ”ı qəbul edəcək “Olimpiakos” ulduz futbolçusu Marselonun xidmətindən yararlana bilməyəcək.

İdmanxeber.az-ın məlumatına görə, Pirey təmsilçisinin baş məşqşçisi Miçel Qonsales 34 yaşlı müdafiəçini “köhlən atlar”la matçda meydana buraxmaq istəmir. Braziliyalı oyunçunun oktyabrın 15-dən sonra tam hazır olacağı gözlənilir.

Belə olacağı təqdirdə, Marselo “Qarabağ”a qarşı oktyabrın 13-də Bakıdakı IV tur qarşılaşmasını da buraxacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43