“Liverpul”un müdafiəçisi Vircil van Deyk Səudiyyə Ərəbistanından təklif alıb.
İdmanxeber.az-ın məlumatına görə, mövsüm sonu klubu ilə müqaviləsi başa çatacaq oyunçuya MLS-dən də maraq var.
Hazırda müdafiəçi konkret qərarını verməyib. O, “Liverpul”dan yeni sözləşmə təklifi gözləyir.
Van Deyk bu mövsüm “qırmızılar”ın heyətində bütün turnirlərdə 41 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

