22 İyul 2026
Ölkə futbolu

Vasili Berezutski “Sabah”dan getdi – ÖZƏL 

“Sabah”ın baş məşqçisi Vasili Berezutski vəzifəsindən ayrılıb.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, rusiyalı mütəxəssis artıq komanda ilə vidalaşıb. O, növbət mövsüm “Sabah”da olmayacaq. Rusiyalı çalışdırıcı ailəvi səbəblərə görə, Azərbaycanda qalmaq istəməyib.

Qeyd edək ki, Berezutski ötən mövsümün ortalarında komandaya baş məşqçi təyin edilmişdi. “Bayquşlar” onun rəhbərliyi ilə tarixində ilk dəfə Azərbaycan Kubokunu qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43