“Neftçi”nin yeni baş məşqçisi heyət planlaması ilə bağlı qərarını verib.
İdmanxeber.az-a verilən məlumata görə, ukraynalı mütəxəssis bütün oyunçuları nəzərdən keçirəcək. O, heyətdəki gənc futbolçuların belə ayrılmasını hələlik istəmir.
Vernidub müqaviləsi davam edən oyunçulara gələcək təklifləri gözlədir. O, komandanın bütün üzvlərini qış toplanışında görmək istəyir.
Təcrübəli çalışdırıcı yalnız bundan sonra kimin ayrılıb-ayrılmayacağına qərar verəcək.

