01 İyul 2026
Ölkə futbolu

Xəbərimiz təsdiqləndi: “Araz Naxçıvan” legionerini açıqladı

“Araz-Naxçıvan” daha bir əcnəbi futbolçu transfer edib.

İdmanxeber.az-ın məlumatına görə, Premyer Liqaya qayıdan komanda bosniya və herseqovinalı Numan Kurdiçlə heyətini gücləndirib.

Bu gün Bakıya gələn mərkəz müdafiəçisi tibbi müayinədən sonra 1 illik müqavilə imzalayıb. Kurdiç bu gun komandanın Qəbələdəki toplanışına qoşulacaq.

24 yaşlı oyunçu karyerası ərzində yerli “Sarayevo”, Serbiyanın “Novi Pazar”, Albaniyanın “Kukesi” klublarında çıxış edib. O, ötən mövsümü Belçika çempionatının “Molenbeek” komandasında keçirib.

Xatırladaq ki, bosniya və herseqovinalı oyunçunun Naxçıvan klubuna keçidini ilk olaraq idmanxeber.az saytı yazmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43