24 İyul 2026
Kateqoriyasız

“Xәzәr Lәnkәran”ın baş mәşqçisi istefa verdi

“Xәzәr Lәnkәran”ın baş mәşqçisi Elbrus Mәmmәdov istefa verib.

İdmanxeber.com-un “Qafqazinfo”ya istinadən yaydığı xəbərə görə, bu barədə o, Topaz Premyer Liqanın 33-cü turunda “Kəpəz”ə 0:3 hesabı ilə uduzduqları oyundan sonra deyib:

“Әn zәif oyunumuzu keçirdik. İlk hissәdә yaxşı oynadıq. İkinci hissәdə isә zәif çıxış etdik. Rәqibә avrokuboklarda uğurlar arzu edirәm. İstefa әrizәmi rәhbәrliyә tәqdim etmişәm. Onlardan cavab gözlәyirәm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43