24 İyun 2026
Kateqoriyasız

“Xəzər Lənkəran” “Qarabağ” üçün istirahətsiz başlayacaq

“Sumqayıt” səfərindən 1:2 hesablı ilə məğlubiyyətlə qayıdan “Xəzər Lənkəran” istirahətsiz məşq edəcək.

İdmanxeber.com-un məılumatına görə, “Sumqayıt”la matçdan sonra doğma şəhərə qayıdan cənub təmsilçisi martın 31-də oyunsonrası bərpa məşqini keçirəcək. Sonrakı iki gündə də istirahət etmədən intensiv hazırlıq planına uyğun çalışacaq komanda çempionatın növbəti turunda  “Qarabağ”la çətin oyuna çıxacaq. Bu görüş Premyer Liqanın XXVIII turu çərçivəsində aprelin 3-də “Fırtınalar meydanı”nda baş tutacaq. (12cioyuncu.info)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43